naxcivanxeberleri.com ، (sharhonline ) - Əfqanıstanda, İranda, İraqda, Suriyada və bütün digər Türk dünyasında; Çin Səddindən Adriyatikə, Hindistandan Yakutistana, Çuvaşistana, Tataristana, Moldoviyaya, Macaristana və Balkanlara qədər Türk coğrafiyasında və ya milli kökləri Türklərə dayanan bütün xalqlarda böyük şövq ilə qeyd edilən şanlı bayram, Novruz bayramı. Kimliyini xatırlayan, xatırlamayan bütün türklər tərəfindən qeyd olunan, onları birləşdirən, birgələşdirən diriliş bayramı. 

Uzun müddət Sovet siyasətin qurbanı olmuş bu bayram, İran mədəniyyəinə şamil edilməyə çalışılmışdır. “Dəmirçi Kava” əfsanəsi ilə əlaqələndirilərək, Novruz bayramını, bayram havasından uzaqlaşdırılıb, bir üsyanın il dönümü olaraq qəbul etdirilməyə çalışılmışdır. Lakin həqiqəti gizlətmək olar, yox etmək isə mümkün deyil. Bu gün tədqiqatçılar əsaslı şəkildə sübut etmişdir ki, Novruz bayramı İran qaynaqlarında yalnız XI əsrdən etibarən, əsasəndə Firdovsinin “Şahnamə” əsərində İran bayramı olaraq göstərilsədə, ondan öncəki qaynaqlarda bu haqda heç bir məlumat yoxdu. Çin mənbələrində isə Türklər eramızdan yüzlərcə il önce “۲۱ martda hazır yeməkləri ilə bahar şənlikləri üçün çəmənliklərə çıxar və baharın gəlişini diriliş anlayışı içində qeyd edərdilər” deyə göstərilməkdədir. Mənbələr türklərdə yeni il gününün baharın başlanğıcında olduğunu işarət etməkdədir. 12 heyvanlı Türk təqvimində də yeni il, 21 mart Novruz günüdür və Türklər bu günə “yeni gün” deməkdədirlər. 
Novruz, Türk dastanları içində qarşılığını Ərgənəkon dastanında tapmışdır. Bu səbəbdəndə bir digər adı “Ərgənəkon Bayramı” dır. Ərgənəkon dastanı bir çox mənbələrə əsasən böyük Hun dövləti, Mətə xanın zamanında meydana çıxdığı görülməkdədir. Mətə xan eramızdan əvvəl 209-cu ildə hakimiyyətə gəlmişdir. Bu zaman Çində isə Çu xanədanlığı hakimiyyətə keçmişdir. Lakin Çian Kenin e.ə. ۱۱۹-cu ildə Çin imparatoruna vediyi raportda da bu dastan haqqında məlumat verilmişdir. Çin qaynaqlarından Kutatqu Bilikdə, Mahmud Qaşğarlıdan Biruniyə, Nizamülmülkün “Siyasətnamə”sindən Məlikşahın təqviminə, Ağqoyunlu Uzun Həsən Bəyin qanunlarına qədər bütün qeyidlərdə Novruz ilə əlaqədar məlumat mövcuddur. 
Kimiləri isə Novruz bayramını Zərdüştlüklə əlaqələndirməyə çalışmışdır. Ancaq bunu sübut edəcək heç bir yazılı qaynaq mövcud deyil. Sadəcə bu bayramda od yandırılmasını əsas götürmüşdürlər. Lakin qədim Türk inanc sistemlərindən biri də od mədəniyyətidir. Türklər dünyanın yaradılışı ilə od və bahar arasında bir bağlılıq qurmuşlar. Od, Altay Türklərinə görə, Tanrı Ülgən tərəfindən insanlara hədiyyə edilmişdir. Bunun üçün atəş müqəddəsdir. Əlavə olaraq Türklərdə günəşin yer üzündəki təmsilçisinin od olduğu qənaətidə geniş yayılmışdır. Oda şamil edilən bu müqəddəslikdən dolayı, istər qədim Tüklərdə, istərsə də müasir Türklərdə ona tüpürmək, söymək, su ilə söndürmək düzgün hesab edilmir. Şaman inancında da odun pislikləri qovduğuna, xəstəlikləri yox etdiyinə inanılırdı. Bizans imparatorlarından Zemerkiliosun qeyidlərində, ۵۶۸-ci ildə Göytürklərə elçi getdiyi zaman qarşılaşdığı mənzərə olduqca diqqət çəkicidir. Belə ki, Türklər elçi heyyətini yandırılan böyük bir tonqalın üstündən tullandıraraq pis ruhlardan təmizləmişlərdi. Beləliklə aydın olur ki, Novruz bayramında yandırılan tonqalın Atəşpərəstliklə heç bir əlaqəsi yoxdur, tamamilə Şamaizmə aid olan arınma və təmizlənmə mədəniyyətidir. 
Türkiyəli tədqiqatçı Həsən Tutar “Tarixdə və mifalogiyada Novruz” adlı məqaləsində qeyd edir ki: “Bu gün Novruz Türk dövlət və topluluqlarında müxtəlif törənlərlə qeyd edilməkdədir. Novruzun ən coşqulu qeyd olunduğu ölkə, Novruzun böyük bir ehtimala ortaya çıxdığı coğrafiya olan Azərbaycandır. Azərbaycan hər il, martın 21-23 də Novruz bayramını böyük törənlərlə qeyd edir. Məzarlıq ziyarətləri edilir. Bu ziyarətlərdə hazırlanan halva, pilov və digər yiyəcəklər kasıblara paylanılır. “Qapı pusma”, “suya üzük atma”, “su başı”, “baca baca” adətləridə, uzun illərin gələnəkləridə müxtəlif motif və oyunlarla davam etdirilir. Səməni göyərdilir. Azərbaycanda Novruzdan sonra ən önəmli gün, axır çərşənbə günüdür. Bu günə “ilin axır tək-tək” günü də deyilir. Mart ayının içindəki dört həftənin çərşənbə günləri də önəmlidir. Buna “üskü” də deyirlər. Axır çərşənbədən əvvəlki ikinci gün, məzarlığa gedən kişilər Fatiha oxuyub dönərlər. Azərbaycanda Novruz bayramının dərin kökləri vardır. Zərdüştlükdən öncə e.ə. ۱۵۰۰-۱۲۰۰-cü illərdə bu bayramın, Azərbaycan torpaqlarında qeyd edildiyi anlaşılmaqdadır”.