Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı Azərbaycan Respublikası prezidenti İlham Əliyev açıq-aşkar şəkildə İranın daxili işlərinə müdaxilə edərək İran xalqının yarısının taleyi haqda fikir bildirib.

İlham Əliyev təəcüb doğuran bəyanatla İran xalqının yarısını öz doğma vətənində xarici vətəndaş adlandırıb: “Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir”,- deyən Əliyev çıxışının davamında hər bir insanın heyrətinə səbəb olacaq açıqlamada İran xalqının yarısını Azərbaycan vətəndaşı olaraq sanki öz ölkəsindən kənarda qalanlar kimi adlandırıb: “ Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.”

Soydaş adlandırdığı iranlıların üzünə Azərbaycan sərhədlərini 3 ildirt bağlayan və açdığı zamanlarda da harın məmurları vasitəsi ilə onların cibinə girən, ən ilkin turist kimi hüquqlarını belə kobud şəkildə pozan, hətta Azərbaycan Respublikasının dilini,ənənələrini və mədəniyyətini öyrənmək üçun bu ölkə universitetlərinə daxil olmaq istəyənləri intihara gətirib çıxaracaq səviyyədə incidən, Azərbaycan Respublikasını onlara cəhənnəmə çevirən Əliyevin soydaş adlandırdığı həmin insanların assimilyasiyaya uğramasından nigaran olmasının  riyakarlıqdan başqa adı yoxdur.

Artıq fantaziyalara düçar olan İlham Əliyev sadəcə İranın daxili işlərinə müdaxilə ilə kifayətlənməyib və üzvü olduğu TDT-ni dünyanın digər ölkələrinə də  müdaxiləyə çağırıb və beləliklədə Rusiya və Gürcüstana da müdaxilə fikrini gizlətməyib: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”,- İlham Əliyev deyib.

Azərbaycan Respublikası prezidenti son vaxtlar  Bakıda TDT-nın sədri ilə görüşündə də İrana qarşı müdaxiləçi fikirlər səsləndirmişdi. İlham Əliyev zəfər bayramı mərasimində çıxışı zamanı da İranı hədələdi. Məhz buna görə Azərbaycan Respublikasının Tehrandakı səfiri dünən XİN-ə çağırılaraq ona İlham Əliyevin qeyri-dost çıxışları barədə etiraz notası verildi. İndi İranın haqlı etirazından sonra İlham Əliyevin öz müdaxiləçi bəyanatlarını davam etdirməsi iki ölkə əlaqələrinə növbəti dağıdıcı zərbə oldu.

  • منبع خبر : SəhərAzəri