Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə uçuşları olub (FOTO) - شرح آنلاین
Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə uçuşları olub (FOTO)
عکاس : trend | شناسه خبر : 46495 | تاریخ انتشار : 02 تیر 1401 - 10:02 |

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – ۲۰۲۲” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.

Həmçinin pilotlarımız Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.

برچسب ها
ثبت دیدگاه

گالری تصاویر مشابه