Eastnews.org, SHARHONLİNE - verdiyi xəbərə görə, son açıqlamalara əsasən Azərbaycanla İran arasında ticarət dövriyyəsi 74% artıb.
Bu barədə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Təbrizin ticarət palatasının rəhbəri Yunis Jalə ilə görüşündə bildirib. Onun sözlərinə əsasən, ötən il iki ölkə arasında ticarət 74% artıb, lakin hər iki ölkənin işgüzar və iqtisadi nümayəndələri arasında əməkdaşlığı genişləndirmək üçün hələ də potensial mövcuddur. Diplomat, həmçinin son illərdə iki ölkə prezidentlərinin ikitərəfli münasibətləri möhkəmləndirmək üçün 12 dəfə görüşdüyünü xatırladıb. Səfir əlaqələrin genişləndirilməsi üçün hər iki tərəfin təsirli addımlar atdığını, İran və Azərbaycanın münasibətlərin inkişafı üçün özəl sektorun imkanlarından istifadə etməli olduğunu diqqətə çatdırdı. B.Hüseynov nəqliyyat sektorunun ixracın inkişafında ən vacib amil olduğunu vurğuladı. O əlavə edib ki, Azərbaycan və İranın tranzit sahəsində əməkdaşlığı iki ölkənin ixrac imkanlarının genişlənməsinə öz töhfəsini verəcək. Azərbaycan səfiri, eyni zamanda, Bakı ilə Tehran arasında müştərək dəmir yolunun istifadəyə verilməsi üçün ciddi əməkdaşlıq etdiyini açıqladı və əlavə etdi ki, hər iki ölkənin bu sektoruna yaxşı investisiya qoyuluşu beynəlxalq bazarlara çıxış baxımından təsirli ola bilər. B.Hüseynov Azərbaycan ilə İran arasında 160 əməkdaşlıq memorandumu imzalandığını da qeyd edib.