APA,SHARHONLINE - İranın Azərbaycandakı dərman istehsalı zavodunun tikintisində müsbət proses davam edir.

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Səhiyyə naziri Səid Nəməki deyib.

S. Nəməki qeyd edib ki, zavodun tikintisində yaranmış bəzi problemlər öz həllini tapıb.

Azərbaycanla əlaqələrin inkişafından danışan S. Nəməki deyib ki, bizim Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığımız qədim kökləri var. Dərman ixracatı və dərman istehsalı sahəsində əlaqələrimiz yaxşı səviyyədədir və inşallah bu proses daha da inkişaf edəcək.

S. Nəməki əlavə edib ki, İran tərəfi Azərbaycanda xəstələrə xidmət sahəsində təşkilatlandırmanı yaxşılaşdırmağa çalışır: “Azərbaycanla sərhəd bölgələrindəki şəhərlərdə olan xəstəxanalara azərbaycanlı xəstələr üçün xüsusi bölmələr yaratmaq icazəsi vermişik. Ümid edirəm, bu sahədə də əməkdaşlığımız inkişaf edəcək”.