sharhonline - İran İslam Respublikasının Bakıdakı səfiri bir müraciətdə ərəb və fars dilləri üzrə ustad, görkəmli şərqşünas Vasim Məmmədəliyevin vəfatı münasibətilə Azərbaycan Respublikasının hökuməti və xalqına başsağlığı verib.

İran İslam Respublikasının Bakıdakı səfiri Cavad Cahangirzadə dünən bu mesajda bildirib ki, Məmmədəliyev özünün əlliillik elmi fəaliyyətini Quran mütaliəsinə vəqf edib. O, əlavə edib ki, Vasim Məmmədəliyev tərəfindən Quranın azərbaycan dilinə tərcüməsi və şərhi Azərbaycan Respublikası xalqı üçün iftixarlı və ölməz bir işdir.

Bu müraciətin bir hissəsində deyilir: İran İslam Respublikası əziz bir dostunu itirib və bu böyük alimin vəfatı Azərbaycan Respublikasının elmi, ədəbi və dini icmaları üçün böyük bir itkidir.

Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda anadan olub. O, uzun illər Bakı Dövlət Universitetinin şərqşünaslıq və ilahiyyat institutlarının direktoru, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin elmi və dini şurasının sədri olubdur.

O, həmçinin Qurani-Kərimin ilk tərcüməçisi və şərhçisi hesab olunur. O, bu işi Azərbaycan Respublikası Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun mərhum direktoru akademik Ziya Bünyadov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin həmkarlığı ilə həyata keçirib. Bu iş bu ölkənin istiqlaliyyətindən sonra nəşr olunubdur.

Məmmədəliyev həmçinin 20-dən elmi kitabın müəllifidir. Onun əsərləri on beş ölkədə tərcümə və nəşr edilibdir.

O, dünən 77 yaşında vəfat edib.