AZƏRTAC - SHARHONLİNE , Cari ilin 9 ayında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər qərarlaşıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verilir ki, İrana ixracın dəyəri 27,7 milyon dollar, BƏƏ-yə 14,3 milyon dollar, Qətərə 1 milyon dollar olub. İrana ixracın dəyərində artım, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə isə azalma müşahidə edilib.