İranla Azərbaycan arasında qurulan muqavilələri şubhələndirmaq təkcə iki Ölkə arasinda ayrıliq istəyən və İranla eşənlərin istəyini təmin edir.

Keçmiş həftələrdə Araz çayı üzərində  tikilən körpü haqında İran əleyhinə şayiələr yayıldi.

Araz çayı üzərində  “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş 23 fevral 2016-cı il tarixində imzalanıb və bu Sazişin tərəfləri Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləridir”.

bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, bu Saziş hər iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır: “Həmin prinsiplərdən çıxış edərək, Sazişdə BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanıb. Həmçinin, Sazişə əsasən, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir”.

Bu suzlər ama bəzilərə Azərbaycanda xoşu gəlmədən təkcə İran adi arada olmaqdan, Dağlıq Qarabağın işğalçı hökumətilə İran İslam Respublikasının əlagələrini iddia edərkən onu ittıhamlayırlar, hal buki İran dəfələrlə öz mövqeyini bu məsəlsdə bildirib.

İran İslam Respublikasının Səfirliyi bildirib ki, “bəndlərin və körpülərin Azərbaycan ərazisinə düşən hissəsini İran tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində qəbul edir. Bu, hər iki ölkənin parlamentləri tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik olan sözügedən Sazişdə öz əksini tapıb.”

İran və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq əlaqələrindən çıxış edərək, inanırıq ki, bu körpülər məhz “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir.bunuda XİN müavini Xələf Xələfov deyib.

 

  • نویسنده : Ramin Fərhudi
  • منبع خبر : shərhonline