İnqilabın Ali Rəhbəri vurğulayıb: “Ərdəbillilər İran üçün iki böyük iş görüblər: biri milli, digəri isə dini. Milli iş ölkənin bütövlüyü idi. Bu gün İranda gördüyünüz bu birlik Səfəvilərin işidir və Ərdəbildən başladı. Dini iş isə Əhli-beyt məzhəbini bütün İrana yaymaq idi.”
Ayətullah Xamenei bəyanatının davamında deyib: “Səfəvi hökuməti qurulmazdan əvvəl İran ölkəsi hər küncdə bir tayfanın əlində idi. Səfəvilər Ərdəbildən qalxaraq bu ölkəni birləşdirdilər. Ona görə də bu gün görülən bu milli və tarixi işlərə görə ölkəmizin birliyini Ərdəbilə borcluyuq.
İranlılar qədim zamanlardan Əhli-beytə (əleyhissalam) bağlı olublar və sevgi bəsləyiblər, lakin Əhli-beyt məzhəbi yayılmamışdı. Əhli-beyt məzhəbini bütün İranda yayan Səfəvilər oldu. Bu gün Əhli-beytə bəslədiyiniz sevgi onların bərəkətindəndir.”
İnqilabın Ali Rəhbəri əlavə edib: “Cihad və mücahidlik meydanında iştirak məsələsində ərdəbillilər həqiqətən ön sıralardadırlar. Müqəddəs Müdafiədə Ərdəbildən 35 min döyüşçü cəbhələrə getdi. Bu bölgə təxminən 3400, ya daha çox şəhid verib, çoxlu qazisi və şəhid ailələri var.”
O daha sonra deyib: “Biz şəhidlərin böyük düyünləri necə aça bildiklərini gördük. Gördük ki, dünyanın bütün fəal və qabaqcıl hərbi gücləri bir yerə toplaşıb təzəcə inqilab etmiş bir ölkəyə hücuma keçdilər, lakin şəhidlər bu hərtərəfli hücumun qarşısını almağı bacardılar.
Bizim üçün yol aydındır. Yol mübarizə, duruş və müqavimət yoludur. Bizim etməli olduğumuz budur. Uca Allah da bərəkət verər, necə ki, şəhidlərin qanına bərəkət verdi.”
İnqilabın Ali Rəhbəri ilahi bərəkətin şəhidlərin qanına təsirinə toxunaraq deyib: “Süleymani kimi bir şəhid Allah yolunda şəhid olur, bir xalq təsirlənir, bir millət hərəkət edir, birlik yaranır. Bu, Allahın şəhidin qanına verdiyi bərəkətdir.”
İmam Xamenei bəyanatının davamında deyib: “Düşmən bu il ölkədə Məhərrəm ayının rövnəqini azaltmağa cəhd etdi; bunu bacarmadı və əksinə oldu. Bu il Məhərrəm və Aşura ongünlüyü bütün əvvəlki illərdən daha coşqun və mənalı keçdi. Bu, Allahın istəyidir ki, Kərbəla hadisəsi və Hüseyn sevgisi tarixdə bu cür getdikcə daha da alovlansın.”
İslam İnqilabının Ali Rəhbəri sonda deyib: “Müxtəlif müsəlman məzhəbləri İmam Hüseynə öz sevgilərini ifadə edirlər. Qeyri-müsəlmanlar da öz sevgilərini göstərirlər; xristian, zərdüşti, hindu. Bu Ərbəin yürüşünü müşahidə edin və baxın! Bütün bunlar Allahın şəhidlərin qanına, şəhidlərin yoluna dəyər verdiyini göstərir.
- منبع خبر : IRNA
Saturday, 7 December , 2024