APA, SHARHONLINE - Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün baş tutması üçün hər 3 ölkənin məsul şəxsləri tərəfindən iş aparılır, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.

O bildirib ki, hələlik prezidentlərin görüşünün dəqiq vaxtı müəyyənləşməyib.

“Lakin hazırda bu sahədə işlər görülür”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiya, Azərbaycanİran prezidentlərinin avqustun 14-də Soçidə keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.