İran, Azərbaycan, Rusiya, və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirəcək. Bu barədə Rusiyalı rəmi mənbə xəbər verib.

Röytersin Rusiya Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, Rusiyanın Xəzər Hərbi Donanması komandanının müavini kontr-admiral Sergey Yekimov bildirib ki, yaxın günlərdə İran, Azərbaycan, Rusiya, və Qazaxıstanın iştirakı ilə Xəzər dənizində hərbi təlimlər keçiriləcək.

Rusiyalı rəsminin dediyinə görə,  “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində İranda keçirilən “Dəniz kuboku” müsabiqəsi başa çatandan sonra Rusiya, , İran, Azərbaycan və Qazaxıstandan olan iştirakçılar Xəzər dənizində birgə təlim keçirəcək.

  • منبع خبر : SAHAR