Report, sharhonline - Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.

İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 19,316 milyon manat xalis zərərlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən 1,8 milyon manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, 9 ay ərzində İran bankının gəlirləri 2,789 milyon manat (illik müqayisədə 6,2% çox), xərcləri 1,106 milyon manat (3,3% az), xüsusi ehtiyatlara ayırmaları 21,005 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 7 min manat (1 il bundan əvvəl olmayıb) təşkil edib.

Bu il oktyabrın 1-nə İran bankının aktivləri 89,589 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 20,9% azdır. Bunun 4,247 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 21,4% böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 30,6% artaraq 55,754 milyon manata çatıb, o cümlədən depozit portfeli 39,7% azalaraq 5,236 milyon manata düşüb, balans kapitalı isə 52,1% azalaraq 33,835 milyon manat təşkil edib.