AZƏRTAC, sharhonline - İranın aviasiya tarixində ilk dəfə iki qadın pilot Tehran-Məşhəd aviareysini həyata keçiriblər.

AZƏRTAC xəbər verir ki, kapitan Neşət Cahangiri və köməkçisi Firuzə Firuzi göyərtəsində 171 sərnişin olan təyyarəni uğurla Tehrandan Məşhəd şəhərinə çatdırıblar.

İranın hava nəqliyyatında ilk dəfə qadının təyyarə idarə etməsi Tehranda tarixi hadisə kimi qeyd olunub.