Fransa İrandan Ukrayn müharibəsinin dayandırılmasında vasitəçi kimi çıxış etməyi xahiş edib.
bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri Əbülfəz Amoi bildirib.
O deyib ki, rəsmi Parisin bu sorğusu İranın beynəlxalq münaqişələrin yoluna qoyulması məsələsindəki əhəmiyyətini göstərir.
Həmçinin bu xahiş İran Xarici İşlər Nazirliyi (XİN) üçün də yeni imkanlar deməkdir, çünki Qərb və ABŞ İranı regionda və dünyada iri oyunçu kimi qəbul edir.
İranlı rəsminin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin səbəbkar NATO və onun ekspansionist siyasətidir və rəsmi Tehran ən əvvəldən bu müharibəyə qarşıdır.
İranın ISNA agentliyinin məlumatına görə, bununla bağlı İrana müraciət edən Fransa prezidenti Emmanuel Makrondur.
- منبع خبر : IRNA
https://sharhonline.ir/?p=46576
Friday, 6 December , 2024