AZƏRTAC, sharhonline - Oktyabrın 23-24-də Bakıda XI Beynəlxalq Taxıl Forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan AZƏRTAC-a bildirilib ki, Rusiya Taxıl Birliyinin təşkilatçılığı ilə keçiriləcək forumda Rusiya, Qazaxıstan, Ukrayna, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə və digər ölkələrdən buğda, çovdar, arpa, yulaf, qarğıdalı, düyü və sair məhsulların istehsalçıları və alıcıları, ekspertlər və bu sahə ilə əlaqəsi olan sahibkarlar iştirak edəcəklər.