sentyabrın 12-də gecə saatlarında genişmiqyaslı toqquşmalar başlanıb.
Müdafiə bazirliyinin bəyatında deyilir: “Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Və Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Hücumun qarşısını almaq üçün Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür.”
Açıqlamada qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər vardır.
Qeyd olunur ki, Ermənistan bu kimi əməlləri ilə həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür. Bu istiqamətdə Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu arada baş verənlərlə əlaqədar Ermənistan hərbi yardım üçün Rusiyaya və KTMT-yə müraciət edib
Sentyabrın 13-də Ermənistanın baş naziri Nikol Paşinyan prezident Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyanın iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını keçirib.
Azərbaycanla sərhəddəki vəziyyət müzakirə olunub. Və sonra bəyanat qəbul edilib.
Bəyanatda deyilur: “Ermənistana qarşı “təcavüz”lə əlaqədar “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin müddəalarının həyata keçirilməsi məqsədilə Rusiya Federasiyasına, habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və BMT . Təhlükəsizlik Şurasına rəsmi müraciət etmək qərara alınıb.”
- منبع خبر : SəhərAzəri
Friday, 6 December , 2024