SHARHONLİNE - İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Peykan” və “Cövşən” raket katerləri bu gün Bakıya gediblər.

Bu barədə Azərbaycan respoblikasının Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İranın hərbi gəmiləri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcəklər.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2019” avqustun 3-dən 17-dək keçiriləcək.