Aprelin 20-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etdi

. Bu təsadüfi hadisə deyildi. Rəsmi xəbərlərdə deyilirdi ki, prezidentlər Ramazan ayının gəlişi münasibəti ilə birbirlərini təbrik ediblər, ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıblar, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər. Telefon danışığında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə daşımaların davam etdirilməsindən məmnunluq da ifadə edilib. Bu da ikitərəfli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi baxımından vacibdir.

Buna baxmayaraq, bu telefon danışığı zamanı İrandan Dağlıq Qarabağa yük daşımalarına dair görüntülərin yayılması haqqında müzakirə aparıldığı da mümkündür. Əgər bu mövzuya bir neçə gün əvvəl xarici işlər nazirlərinin müavinləri telefon danışığında toxunmuşdularsa prezidentlərin də bu haqda fikir mübadiləsi apardığı ehtimalı yüksəkdir. Tehran rəsmi Bakının və Azərbaycan ictimaiyyətinin narahatlığını müşahidə edir. Həsən Ruhani məhz bu səbəbə Bakıya zəng edib.

Heç bir azərbaycanlı Dağlıq Qarabağa yük daşıyan maşınların görüntüsünə seyrçi qala bilməz. Doğrudur, İran rəsmiləri və diplomatları belə bir hadisənin baş vermədiyini iddia edərək, bunun iki ölkə arasında münasibətləri gərginləşdirmək istəyən təxribatçıların işi olduğunu əminlikə vurğulayırlar. İranla Azərbaycan arasındakı münasibətləri gərginləşdirmək istəyən varsa, bu Ermənistandır.

Həmin görüntüləri də Dağlıq Qarabağda yaşayan ermənilər yayıblar. Əgər görüntülər həqiqəti əks etdirmirsə, demək təxribatçı Ermənistandır və bu halda Tehran İrəvana sərt danışmalıdır. Yox əgər görüntülər həqiqəti əks etdirirsə, Tehranın əsas vəzifəsi nömrələri görünən həmin yük maşınlarını və həmin maşınların hansı şirkətə məxsusluğunu müəyyənləşdirmək və işğalçı ilə əməkdaşlıq edənləri cəzalandılrmaqdır. İranda yaşayan azərbaycanlılar da Dağlıq Qarabağa yük daşımalarının əleyhinədirlər, buna etirazlarını bildirirlər.

  • منبع خبر : Atlas Araşdırmalar Mərkəzi