İran ikinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Bunun bariz nümunəsi kimi İran ərazisindən Ermənistana silah daşınmasının qarşısını almaq qərarını göstərmək olar.

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 20-də xalqa müraciətində belə dedi: “Mən bunu bilirəm ki, ermənilər nə üçün İran üzərindən silahları gətirə bilməyiblər. Ona görə ki, İran bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, bizim xahişimizi nəzərə alaraq öz hava məkanını bağlayıb. Ona görə ki, istəməyib, onlar gəlibazərbaycanlıları öldürsünlər”.Prezident İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində də bu mövzuya toxunmuşdu: “İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə biz İran hökumətinə bir daha təşəkkürümüzü bildirmək istəyirik”.

Qarabağ müharibəsinin davam etdiyi 44 gündə İranın mövqeyi rəsmi Bakını qane edirdi. Doğrudur, Tehranın Azərbaycanı yalnız sözdə dəstəklədiyini, əməldə kifayət qədər dəstək vermədiyinisöyləyənlər də var idi, ancaq prezident İlham Əliyevin son açıqlamaları İranın Azərbaycana dəstəyinin yalnız sözdə olmadığını göstərdi. Prezidenthətta İranın Azərbaycanı silahla təmin etdiyini də bildirdi. Məsələn İlham Əliyev oktyabrın 14-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Azərbaycana silah satan ölkələr arasında İranın adını qeyd etdi: “Biz Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən silah alırıq”.İranın müxtəlif şəhərlərində Azərbayacanın qələbələrinə dəstək aksiyaları da diqqəti cəlb edirdi. Şuşanın azad edilməsi və Azərbaycanın İranla sərhədi nəzarətə götürməsi Təbriz, Ərdəbil və digər şəhərlərdə xüsusi sevinclə qarşılandı. İran sərhədindən Azərbaycan ordusunun işğalçılara zərbələr endirilməsinin Arazın o biri tayından izlənilməsinə dair görüntülər internetdə xeyli izləndi. Bu arada, İran hərbi komandirləri də ikinci Qarabağ müharibəsində Azərbaycana dəstəklərini söylədilər.

Buna misal olaraq İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) quru qoşunları komandanı general Məhəmməd Pakpurun açıqlamasını xatırlatlatmaq olar: “İran həmişə Azərbaycan torpaqlarının işğaldan azad olunmasını arzulayırdı və indi bu hadisə baş verdiyinə görə sevinirik”.Sepahgeneralı İranın Qarabağdakı terrorçularla mübarizəyə hazır olduğunu da sözlərinə əlavə etdi. Bu açıqlamanı Sepah-ın digər generalı Rəhim Noyi Əqdəm də təsdiqlədi: “Bakı kömək üçün Tehrana müraciət edərsə, döyüşçülərimiz Azərbaycan tərəfindən döyüşməyə hərzaman hazırdılar”.Müharibə dövründə İranın ali dini lideriSeyid Əli Xamneyinin xarici siyasət məsələləri üzrə müşaviri Əli Əkbər Vilayəti açıqlamasında dediki, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalıdır: “Bütün ölkələrin ərazi bütövlüyünə hörmət edilməsi BMT Nizamnaməsinin əsas prinsiplərindən biridir və biz də təşkilatın üzvü olaraq, ona sadiq qalırıq. Azərbaycanın yeddi rayonu Ermənistan tərəfindən işğal edilib. BMT Təhlükəsizlik Şurası bununla bağlı dörd qətnamə qəbul edib ki, onların hər birində Azərbaycanın bu bölgələrinin işğaldan azad edilməsi tələb olunur. BMT-nin üzvü olaraq Ermənistanın işğal edilmiş əraziləri Azərbaycana qaytarmasını tələb edirik.

Bu ərazilərin işğalı nəticəsində bir milyondan çox azərbaycanlı köçkün düşüb. Onlartezliklə vətənlərinə qayıtmalıdırlar”.Daha sonra dini liderin özü də məsələyə bu sözlərlə münasibət bildirdi: “Ermənistan tərəfindən zəbt edilmiş ərazilərin azad edilməsi zəruridir. Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi Azərbaycan Respublikasının bütün əraziləri azad edilməli və Azərbaycana qaytarılmalıdır. Azərbaycan Respublikası bu məsələdə haqlıdır”.Prezident İlham Əliyev bu açıqlamalardan sonra CNN-Türk televiziyasına 7 oktyabr müsahibəsində İran haqqında bunları dedi: “İran rəsmiləri Azərbaycanın haqq işini dəstəklədilər.

İranın rəsmi şəxsləri açıqlamalar verdilər ki, işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim köçkünlərimiz öz torpaqlarına qayıtmalıdırlar. Bu da ədalətli mövqedir”.Bəlkədə elə bu səbəbə görə, Prezident Administrasiyasının hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev birinci Qarabağ müharibəsinə aid bəzi sirləri mətbuata açıqlayaraq, İran topçularının müharibədə Azərbaycana dəstək məqsədi ilə dəstəyindən danışdılar: “Biz unutmamalıyıq ki, hələ birinci Qarabağ müharibəsində Naxçıvan Ermənistan tərəfindən blokadada saxlanılanda, İran tərəfi xilas körpüsü açdı, xalqın çətin, ağır vəziyyətdən çıxması üçün həyati vacibliyi olan addımlarını atdı”.Beləliklə, müharibədən sonra Azərbaycan-İran münasibətlərində yeni səhifə açılır. Təsadüfi deyil ki, İlham Əliyev noyabrın 16-da işğaldan azad edilmiş İranlasərhəd rayonlara gedərkən belə bir ifadə işlətdi: “Araz çayı üzərindən keçən Azərbaycan-İran sərhədi dostluq sərhədinə çevrilib”.İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək Ermənistanda narazılıqla qarşılanıb. Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə il əvvəl İrana etdiyi rəsmi səfərin əhəmiyyəti qalmadı. Paşinyana müxalif olan qüvvələr də İranın Ermənistandan üz çevirdiyini bildirirlər. Bu Azərbaycanın maraqlarına uyğundur. Bundan sonra İranla Azərbaycan arasında həm ikitərəfli, həm də regional səviyyədə əməkdaşlıqgenişlənəcək.

Regional əməkdaşlıqda Azərbaycan və İranla yanaşı Rusiya və Türkiyə də iştirak edəcəklər.

  • نویسنده : Elxan Şahinoğlu
  • منبع خبر : Ətləs araşdirma mərkəzi