9 sentyabrda Bakıda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksandr Novak və İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi arasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafına dair ilk üçtərəfli görüş keçirildi.
Görüşdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin potensialı və perspektivləri haqqında ətraflı müzakirələr aparıldı. Tərəflər Azərbaycan, İran və Rusiyanın yüksək tranzit potensialından tam həcmdə istifadəsi və bu xüsusda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd etdilər.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi 2000-ci ildə Sankt-Peterburqda imzalanmış ŞimalCənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Hökumətlərarası Sazişlə yaradılıb. Görüşün yekunu olaraq tərəflər arasında Bakı Bəyannaməsi imzalanıb.
İranlı nazir Bakıdakı çıxışında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində daimi katiblik sisteminin yaradılmasını təklif etdi. Onun sözlərinə görə, bununla yanaşı, “ŞimalCənub” dəhlizi çərçivəsində İran ərazisində “Rəşt-Astara” dəmir yolunun yaradılması məsələsi də vacibdir. Nazir onu da əlavə edib ki, sərhədlər vasitəsilə gediş-gəlişin və vizaların verilməsinin asanlaşdırılması vacib məsələlərdəndir. “Biz vizanın alınması məsələsini asanlaşdırmalıyıq, burada bəzi xərclər azaldılacaq, o cümlədən qeyri-qanuni və qeyriprosessual maneələr aradan qalxacaq”, – Rüstəm Qasemi qeyd edib.
Beləliklə, Tehran “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı 3 məsələnin həllin istəyir. Birincisi, daimi katiblik yaradılsın. İkincisi, Rəşt-Astara dəmiryolunun tikintisi üçün vəd edilən kredit yarılsın. Üçüncüsü, Rusiya, Azərbaycan və İran vətəndaşlarının sərhəd keçidləri asanlaşdırılsın, yəni viza ləğv edilsin. Daimi katibliyin yaradılması mümkündür.
Rəşt-Astara dəmirlyonun tikintisinı Rusiya maliyyələşdirə bilər. Rusiya İrana kredit ayıra bilər. İranla vizarejiminin yumşalması rəsmi Bakının gündəliyində yoxdur.
- منبع خبر : atlas araşdırmalar mərkəzi
Saturday, 7 December , 2024